Networking.Az 13.03.2020

13 mart 2020-ci il tarixində “Networking.Az” biznes klubu Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyi ilə əməkdaşlıq şəklində 100 nəfərin iştirakı ilə növbəti tədbirini keçirib. Gecənin açılış nitqini Networking.Az biznes klubunun təsisçisi Orxan Hacıyev edərək qonaqları salamlayıb və tədbir boyu aktiv olmağa çağırıb. Sonra söz Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayevaya verilib. Öz çıxışında Zemfira xanım bu cür tədbirlərin sahibkarlar üçün önəmini vurğulayıb. Tədbirin davamında söz əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovaya verilib, o, əlaqələrin və netvorkinq tədbirlərinin işgüzar fəaliyyətdə faydalı olduğu barədə bəhs edib. Gecənin ikinci yarısında iştirakçılara bir-biri ilə sərbəst ünsiyyət qurmaq və tədbirin yaratdığı imkanlardan faydalanmaq üçün şərait yaradılıb.