Bizi izləyin:
“Netwoking Azerbaijan” növbəti
tədbirini keçirib. Ənənələrinə sadiq qalaraq, “Netwoking Azerbaijan” bu
mürəkkəb dövrdə hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir
araya yığmağa çalışır. Bu dəfə tədbir İçəri Şəhərdə yerləşən Shah Palace otelinde
keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak
edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar
əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Karantin dövründə onlayn tədbirlərin
birbaşa görüşlərin yerini tutacağı düşünülsə də, təcrübə göstərdi ki, insanlar,
xüsusilə də biznes nümayəndələri canlı ünsiyyətdən imtina etməyə hazır
deyillər. Sahibkarlar, bir ay fasilədən sonar nəhayət ki, bir yerə toplaşa və
dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və
təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. 50 nəfərin iştirak etdiyi gecədə
biznes klubunun təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və
tədbir boyu aktiv olmağa çağırmışdır. Gecənin fəxri qonağı və spikeri
Rabitəbankın idarə heyətinin sədri Aydın Hüseynov sahibkarlar qarşəsənda
“Sahibkarlar üçün alternative maliyyələşmə alətləri” mövzusunda çıxış etdi.
İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan
faydalana bilmişlər. Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib, sonda isə
ən fəal qonaqlara Antaris şirkətindən hədiyyələr təqdim edilib. Təşkilatı
dəstəyi və xüsüsi avadanlığı LEDAZ şirkəti tərəfindən təmin olunub. “Networking
Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat
ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.