Bizi izləyin:
"Networking Azerbaijan" biznes klubumuzun növbəti tədbiri baş tutdu.
Bu dəfəki tədbir paytaxtımızın simvoluna çevrilən "Flame Tower"də yerləşən "Fairmont" hoteldə keçirildi. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar, iş adamları, dövlət nümayəndələri iştirak etdilər. Tədbirin əsas məqsədi yeni tanışlıqların yaranması, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin inkişafı və genişləndirilməsindən ibarətdir. Networking Azerbaijan biznes klubunun həmtəsisçisi Orxan Hacıyev qonaqları giriş nitqi ilə salamlayıb və biznes əlaqələrinin qurulması, gələcək inkişafı, eyni zamanda, klubun daha da böyük layihələri haqqında məlumat verib. Networking Azerbaijan olaraq yeni-yeni kreativ və innovativ layihələr həyata keçirəcəklərini vurğulayıb. Təqribən 150 nəfərin iştirakı ilə baş tutan tədbirdə Networking Azerbaijan klub tərəfdaşlarına, üzvlərinə "Gold Member" və "Silver Member" mükafatı təqdim olunub. Nitqdən və təqdimatdan sonra qonaqlar arasında yenidən əlaqələrin yaradılması, müzakirələrin davam etməsi üçün furşet təşkil olunub. İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər.
Klubumuz ənənəvi tədbirlərdə olduğu kimi, bu gecə də rahat ab-havada, iştirakçılarının yüksək əhvali-ruhiyyəsini təmin etdi.