Bizi izləyin:
“Netwoking Azerbaijan” biznes klubu növbəti tədbirini keçirib. Tədbir İçəri Şəhərdə yerləşən “Shah Palace” otelində baş tutub. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub. Gecəni "Gambit" intellektual və əyləncəli oyunları ilə daha da maraqlı edib və qalib gələn şəxslərə "Agromix" tərəfindən hədiyyələr təqdim olunub.