Netwoking Azerbaijan 12.05.2022

“Netwoking Azerbaijan” 12 may tarixində növbəti tədbirini keçirib. Ənənələrə sadiq qalaraq, “Netwoking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail oldu. Bu dəfə tədbirlər Crazyy Chameleonda qeyri-rəsmi formatda keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar, bir ay fasilədən sonra nəhayət ki, bir yerə toplaşa və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. Tədbir boyu aktiv iştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilmişlər. Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib, sonda isə ən fəal qonaqlara Agromix və Crazy Group tərəfindən müxtəlif hədiyyələr təqdim olundu.
“Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.