Networking Azerbaijan” növbəti tədbirini keçirib

Bu dəfə tədbir İçəri Şəhərdə yerləşən Shah Palace otelinde keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.

Karantin dövründə onlayn tədbirlərin birbaşa görüşlərin yerini tutacağı düşünülsə də, təcrübə göstərdi ki, insanlar, xüsusilə də biznes nümayəndələri canlı ünsiyyətdən imtina etməyə hazır deyillər. Sahibkarlar, bir ay fasilədən sonar nəhayət ki, bir yerə toplaşa və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. 50 nəfərin iştirak etdiyi gecədə "Networking Azerbaijan" biznes-klubunun təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırmışdır. Gecənin fəxri qonağı və spikeri "Rabitəbankın" idarə heyətinin sədri Aydın Hüseynov sahibkarlar qarşısında "Sahibkarlar üçün alternative maliyyələşmə alətləri" mövzusunda çıxış etdi. İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilmişlər. Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib, sonda isə ən fəal qonaqlar sponsorlardan hədiyyələr təqdim edilib. "Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada  keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.