Networking Azerbaijan” biznes klubu növbəti tədbirini keçirib



Tədbir ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə "Shah Palace Hotel"də baş tutub. Həmişə olduğu kimi tədbirin əsas məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub. Karantin dövründə onlayn tədbirlərin canlı tədbirlərin yerini tutacağı düşünülsə də, təcrübə göstərdi ki, insanlar, xüsusilə də biznes nümayəndələri canlı ünsiyyətdən imtina etməyə hazır deyillər. 50 nəfərin iştirak etdiyi gecənin açılış nitqini "Networking Azerbaijan" biznes klubunun təsisçisi Orxan Hacıyev edərək qonaqları salamlayıb və tədbir boyu aktiv olmağa çağırıb. Gecənin davamında iştirakçılara özünütəcrid müddətində üzərində düşündükləri yeni ideyalar və planları paylaşmaq, bir-biri ilə sərbəst ünsiyyət qurmaq və tədbirin yaratdığı imkanlardan faydalanmaq üçün şərait yaradılıb. Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib və hədiyyələr təqdim edilib. "Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada və yüksək əhval-ruhiyyə ilə keçib.