Yaradıldığı andan etibarən Baku Translation tərcümə şirkətinin əsas məqsədi ən yüksək peşəkarlığın və xidmət keyfiyyətinin təmin edilməsidir. 2008-ci ildə təsis edilmiş və fəaliyyətinə rus və ingilis dillərindən Azərbaycan dilinə tərcümə ilə başlamış şirkət tezliklə bazarda öz yerini tutmuşdur. Hazırda tərcümə şirkətimiz Bakıda tərcümə sahəsində aparıcı mövqelərdən birini tutur. Tərcüməçilərimiz şübhəsiz yüksək səviyyəli peşəkarlardır. Müştərilərimizin rəyləri və tövsiyələri bunun aydın göstəricisidir. Müştərilər üçün yerinə yetirilən işin və xidmətin keyfiyyətinə ciddi nəzarət göstərilən xidmətlərin yüksək səviyyəsini dəyişilməz olaraq qorumağa imkan verir. Uzun illərdir ki, biz Bakıda keyfiyyətli və peşəkar tərcümənin təminatçısıyıq. Bizə yazılı tərcümə üçün ən mürəkkəb və ən məsuliyyətli materiallar, eləcə də Bakıda keçirilən ən önəmli tədbir və görüşlərdə sinxron və ardıcıl tərcümələrin təşkili etibar edilir. Konfransların, işgüzar görüşlərin, simpoziumların və s. keçirilməsi üçün icarəyə verdiyimiz texnika aramsız işin zəmanətidir.

Baku Translation

Orxan Hacıyev

Founder