Lunchef Catering olaraq fəaliyyətə 2016-cı ildən etibarən başlamışıq və bir çox şirkətlərlə partnyorluq edirik. İşimizin durmadan artmasını düzgün xidmətimizə borcluyuq. Şirkətimiz peşəkar və məsuliyyətli  işçi heyəti, yüksək keyfiyyətli qida məhsulları təchiz edən şirkətlərlə əməkdaşlıq, Azərbaycan Respublikası və dünya standartlarına uyğun xidmətin göstərilməsi sayəsində yüksək uğur əldə edib. Lunchef Catering – AQTA-nın (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) sertifikatı əsasında fəaliyyət göstərir. Hal hazırda şəhərin bir çox rayonlarında fəaliyyət göstəririk. Qaradağ, Səngəçal, Balaxanı, Pirallahı, Hacıqabul ərazilərində, Bakının mərkəzində bir çox yerlərdə əməkdaşlıq etdiyimiz şirkətləri qida ilə təmin edirik. Xidmətlərimizə nahar paketlərinin ünvana çatdırılması,  səyyar xidmət, furşetlərin təşkili, kofe-breyklərin və İsveç masalarının təşkili, şirkətlərin müqavilə əsasında gündəlik qidayla təmin olunması, pəhriz, veqan və vegetarian qidaların təklifi aiddir. Menyumuzda fərqli ölkələrdən fərqli çeşiddə yemək növlərini və milli mətbəxin təamları da daxil olmaqla 80 növ yemək çeşidi mövcuddur. Bura şorbalar, salatlar, əsas yeməklər, qəlyanaltılar, desertlər, pəhriz, veqan və vegetarian qida növləri daxildir. Hətta istəkdən asılı olaraq təbii şirələr, kokteyllər də təklif edilir.

 Məqsədimiz  göstərdiyimiz xidmət və yeməklərimizin dadıyla yadda qalmaq və tələbata çevrilməkdir. Buna görə də sloqanımız “XİDMƏTİN DADI”dır.

Lunchef Catering

Nilufər Qarayeva

CEO